VULKANİK EROZİON ÇÖKƏKLİK

vulk. konuslarının zəifləmiş zonalarında iqlim amillərinin və axar suların təsiri nəticəsində əmələ gəlmiş, dairəvi, yaxud oval şəkilli vulkanik depressiya. котловина вулканическая эрозионная basin of volcanic erosion
VULKANİK ADALAR
VULKANİZM
OBASTAN VİKİ
Erozion terras
Qrabenvari çökəklik
Qrabenvari çökəklik (rus. грабенообразный прогиб, ing. graben-like depression) — uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı
Vulkanik ada
Vulkanik ada — vulkanın fəaliyyəti nəticəsində suyun dibindən yüksələrək səthdə əmələ gəlmiş ada. Praktika göstərir ki, vulkanın fəaliyyəti nəticəsində əmələ gələn adaların ətrafında çoxlu sayda digər adalar olur. Bunlara misal kimi Havay adaları, Kuril adaları, Kanar adaları Vozneseniya və s. Vulkanik adalar – dənizin dibində vulkan fəaliyyəti nəticəsində əmələ gəlmiş adalar. (rus. вулканические острова, ing. volcanic islands) Ada sualtı vulkanı xatırladır. Adaların əmələ gəlməsi bir necə dəfə baş verir. Çarlz Darvin ilk dəfə belə fikirə gəlmişdir ki, mərcan adaları öz növbəsində vulkanik məşəllidir. Belə ki, sualtı vulkanların üzərini mərcanlarla örtülür sonradan isə o dənizin çəkilməsi ilə səthə çıxır.
Vulkanik günbəzlər
Vulkanik və ya ekstruziv-eksploziv gümbəzlər müxtəlif ölçülü, hərdən yüzlərlə metr hündürlüyə çatan dəyirmi qübbəvari və sərt yamaclı relyef formaları olaraq, qatı lava kütləsinin vulkan kanalından sıxılıb çıxarılması nəticəsində yaranmışlar. Onlar özlüyündə həm geoloji (tektonik-maqmatik), həm də geomorfoloji obyektlər olub planetin qədim və müasir vulkanik-plutonik qurşaqları üçün səciyyəvidir və adətən heyrətamiz dərəcədə gözəl və cəlbedici görünüşə malikdirlər. Azərbaycan Respublikası hüdudlarında ətraf landşaftda üstünlük təşkil edən bu relyef formaları Kiçik Qafqazın şimal, şimal-şərq yamacları və cənub-şərq batımında, həmçinin Naxçıvan MR ərazisində kifayət qədər geniş inkişaf etmişlər. Bənzərsiz skulpturaya malik olan vulkanik gümbəzlərin bir qismi ölkənin geoloji irsinin siyahısında layiqincə təmsil edilmişdir.
Vulkanik şüşə
Vulkanik şüşə və ya vulkan şüşəsi (İng. Volcanic glass) – tez soyuma nəticəsində kristallama bilməyən soyumuş maqmatik ərintidir. O adətən effuziv süхurların tərkibinə daхil olur, bəzən isə bütövlüklə onu təşkil edir. O amorfdur, izotropdur. Rəngi qara, boz, qonurdur. Şlifdə rəngsiz, yaşılımtıl, qonurdur. Rəngi dəmirin oksidləşmə dərəcəsindən asılıdır. Vulkanik şüşənin tərkibi haqqında silisiumun miqdarı azaldıqca artan sıхlığı və sınma əmsalı ilə mülahizə yürütmək olar. Orta və əsəsi tərkibli vulkanik şüşələrin dəyişməsi nəticəsində onlar əksər hallarda хloritlə əvəz olunur, turş şüşələr isə kvarsın submikroskopik dənələrinə və çöl şpatlarına çevrilir. Onlar isə öz növbəsində pelit hissəciklərinə və serisitə çevrilir.
Qarabağ vulkanik yaylası
Qarabağ vulkanik yaylası (azərb. Qarabağ vulkanik yaylası‎, erm. Ղարաբաղի բարձրավանդակ) — Qarabağ vulkanik yaylası Kiçik Qafqazın şərqində, Zəngəzur silsiləsi ilə Qarabağ silsiləsi arasında yerləşir. Qarabağ vulkanik yaylasından başlayan çaylar əsasən Araz çayı hövzəsinə aid olsa da, iri Tərtərçayı Kür çayı hövzəsinə aiddir. Ermənistan yaylasının tərkib hissəsini təşkil edir. Yayla üzərində çoxlu sayda sönmüş vulkan konusları vardır. Yaylanın ən hündür nöqtəsi Dəlidağ zirvəsidir (3616 m). Əsasən vulkanik dağ süxurlarından təşkil olunmuşdur. Ərazisi palıd meşələri və dağ çölləri ilə örtülür. Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını əhatə edir.
Undara Vulkanik Milli Parkı
Undara Vulkanik Milli Parkı (ing. Undara Volcanic National Park) — Avstraliyanın Şimali Qvinslend bölgəsində yerləşən, vulkan tunelləri və qiymətli xammalı ilə məşhur milli park. Milli park ay daşı, topaz, peridot, qızıl, qranat, beril, kvars ilə zəngindir. Milli parkda dünyanın ən uzun lava tunelləri yerləşir. Milli parka ən yaxın şəhərlər Taunsvill, Mount Suprayz və Kernsdir. Milli park Makbrayd vulkanik rayonunda yerləşdiyindən burada 164 vulkan, konus və krater vardır. Lava tunelləri uzunluğuna görə dünyada birincidir. "Undara" sözü aborigen mənşəli söz olub "uzun yol" deməkdir. Bu ərazilərdə vulkanik aktivlik 190.000 milyon il əvvəl baş vermişdir. 55 km2 sahini örtən 23 milyon m3 lava yer üzünə püskürmüşdür.
Qarabağ vulkanik yaylası fiziki-coğrafi rayonu
Rayon ərazisi Həkəri, Tərtər çaylarının yuxarı axınlarında və suayrıcılarında yerləşib, mütləq yüksəkliyi 1700-1800 m- lə 3600 m arasında dəyişir. Şimalda Murovdağ, şərqdə Qarabağ silsiləsi və qərbdə Ermənistan ərazisi ilə sərhədlənir. Ərazisi əsasən Poliosen - Dördüncü dövrün vulkan püskürmə materiallarından (lava) təşkil olunmuşdur. Bu süxurlarda qar və yağış suları intensiv olaraq daxili qatlara süzüldüyündən səth axımı nisbətən zəifdir və ərazidə su qıtlığı yaradır. Səth axımına yalnız çay dərələrində çaylar, bulaqlar şəklində təsadüf olunur. Vulkanik yaylada 20-yə yaxın vulkan və buzlaq mənşəli kiçik yüksək dağ gölləri vardır. Vulkan lavalarının fiziki - mexaniki parçalanması sayəsində çınqıllıqlar və daşlıqlar burada geniş sahə (100 km2) tutur və dağ çəmənliklərinin məhsuldarlığına əsaslı təsir göstərir. Ərazi alp, subalp və subnival – qayalıq landşaft komplekslərindən təşkil olunub, yay otlaqları kimi geniş istifadə olunur. Rayon ərazisində yerləşən Kəlbəcər İstisuyunun böyük müalicə və dağ - iqlim kurort əhəmiyyəti vardır. Lakin mühüm müalicə əhəmiyyətinə malik olan bu sudan onun imkanına nisbətən çox az istifadə olunur.